...

Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində mümkün olub - AGF-nin baş katibi

Cəmiyyət Materials 17 May 2019 23:19 (UTC +04:00)
Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən doğru verilən qərarların nəticəsidir
Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində mümkün olub - AGF-nin baş katibi

Bakı. Vahid Bayramov - Trend:

Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən doğru verilən qərarların nəticəsidir.

Bunu Trend-ə AGF-nin baş katibi Nurlana Məmmədzadə deyib.

Bakıda keçirilən 35-ci bədii gimnastika üzrə Avropa çempionatını xatırladaraq, N.Məmmədzadə qeyd edib ki, bu, artıq Azərbaycanın paytaxtında baş tutan dördüncü Avropa çempionatıdır:

"Bədii gimnastika üzrə Avropa çempionatı ilk dəfə Bakıda 2007-ci ildə, sonra 2009-cu ildə və 2014-cü ildə keçirilib. Hazırkı çempionat sayca artıq dördüncüdür və burada 35 ölkədən olan gimnastlar iştirak edir. Müsabiqələrdə fərdi proqramlarda 197 gimnast, qrup tapşırıqlarında isə gənclər üzrə 20 komanda iştirak edir. Bu çempionatda yarışan əksər gənclər aprel ayında Bakıda ikinci dəfə keçirilən "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak ediblər. Həmin vaxt gimnastlarımız üç medal qazandı. Əlbəttə ki, onlar bu çempionata çox güclü hazırlaşıblar".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti