...

Nüfuzlu tədqiqatçı azərbaycanlı tələbələrə seminar keçib (FOTO)

Cəmiyyət Materials 20 May 2019 10:18 (UTC +04:00)
Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının Dağ Müdafiə Komissiyasının üzvü Lode Bekersin iştirakı ilə Qərbi Kaspi Universitetinin tələbələri üçün seminar təşkil edilib.
Nüfuzlu tədqiqatçı azərbaycanlı tələbələrə seminar keçib (FOTO)

Bakı. Trend:

Paris X Nanter və Löven Katolik Universitetlərinin dosenti, Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının Dağ Müdafiə Komissiyasının üzvü Lode Bekersin iştirakı ilə Qərbi Kaspi Universitetinin tələbələri üçün seminar təşkil edilib.

Trend-in məlumatına görə, Qərbi Avropanın inkişaf dinamikası, regionun inkişafının əsas mərhələ və istiqamətləri, xüsusilə siyasi, iqtisadi və ekoloji və tendensiyaları şərh edən mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Lode Bekers bir neçə gün öncə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransda iştirak məqsədi ilə Bakıya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti