...

İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Cəmiyyət Materials 28 May 2019 00:29 (UTC +04:00)
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb
İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Bakı. Trend:

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.

Trend-in məlumatına görə, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız “Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti