...

Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

Cəmiyyət Materials 17 İyul 2019 09:50 (UTC +04:00)
Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 31 676 nəfər və ya 0,3 faiz artıb.
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 31 676 nəfər və ya 0,3 faiz artıb.

Trend-in məlumatına görə, 2019-cu il iyun ayının 1-də ölkə əhalisinin sayı 10 013 133 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləridir.

Ölkədə əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti