...

Bu gün bu qəsəbədə qaz olmayacaq - 2 saat

Cəmiyyət Materials 29 İyul 2019 09:44 (UTC +04:00)
Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq.
Bu gün bu qəsəbədə qaz olmayacaq - 2 saat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət saat 11:00-13:00 radələrini əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti