...

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sabah başa çatır

Cəmiyyət Materials 5 Avqust 2019 19:28 (UTC +04:00)
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sabah başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti