...

“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2019 21:23 (UTC +04:00)
“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib
“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib (FOTO)

Bakı. Trend:

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti