...

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib

Cəmiyyət Materials 10 Avqust 2019 15:00 (UTC +04:00)
"Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib.
İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib

Bakı. Elçin Mehdiyev - Trend:

"Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib.

Trend-in məlumatına görə, təcili enişə səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub.

Göyərtəsində 102 sərnişin olan təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə enib. Sərnişinə təcili tibbi yardım göstərilib. Təyyarənin yaxın dəqiqələrdə uçuşa davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti