...

"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə saldı (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Avqust 2019 11:46 (UTC +04:00)
Qaz təchizatında hər hansı məhdudiyyət olmayacaq.
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə saldı (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Qaz təchizatında hər hansı məhdudiyyət olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb. Yəni hər hansı məhdudiyyət olmayacaq.

XXX

09:38

Bu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti