Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən diplomatik konfransda iştirak edib (FOTO)

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən diplomatik konfransda iştirak edib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçirilib.

Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq tədbirdə Avrasiya Patent Təşkilatının (APT) üzv-dövlətlərinin nümayəndə heyətləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin, Avropa Patent İdarəsinin nümayəndələri, həmçinin əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər iştirak ediblər. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunub.

Ölkəmizi tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin açılış hissəsində Avrasiya Patent İdarəsinin prezidenti xanım Saule Tlevlessova çıxış edib. O, konfransın təşkilində göstərdiyi köməyə görə Qazaxıstan Respublikasına təşəkkürünü bildirib, APT-nın üzv-dövlətlərinin iqtisadiyyatı üçün əqli mülkiyyətin əhəmiyyətini qeyd edərək, sənaye nümunələrinin də daxil olduğu kreativ sənayenin bu dövlətlərin ÜDM-dəki payının təqribən 3% olduğunu vurğulayıb.

Sonra ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin video müraciəti təqdim edilib. Konfrans iştirakçılarını və qonaqları Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edən F.Qarri vahid patent əsasında effektiv patent qorunması sisteminin yaradılmasında Konvensiyanın əhəmiyyətini vurğulayaraq, uzun illər davam edən tərəfdaşlığa və diplomatik konfransın təşkilinə görə APT-na təşəkkürünü bildirib.

Daha sonra konfransın prosedur qaydaları qəbul edilib. Qazaxıstan Respublikasının Ədliyyə naziri Marat Beketayev diplomatik konfransın sədri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Qriqori İvliyev isə sədr müavinləri seçilib.

Konfransda “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un mətni və diplomatik konfransın yekun aktı qəbul edilib. Sonra nümayəndə heyətlərinin mövcud səlahiyyətlərinə uyğun olaraq Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan nümayəndələri tərəfindən imzalanıb. Protokolu Azərbaycan Respublikası Hökuməti adından Kamran İmanov imzalayıb.

Sənaye nümunələrinin mühafizəsinə dair Protokolun qəbulu bütün üzv-dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, konfrans iştirakçıları Protokolun potensialını Avrasiya patent sisteminin inkişafı baxımından yüksək qiymətləndiriblər və bunun əqli mülkiyyət sahəsində əməkdaşlığının yeni bir mərhələ olacağına əminliklərini bildiriblər.

Konfransda çıxış edən K.İmanov konfrans iştirakçılarını və APT-nın kollektivini Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edib, təşkilatın prezidenti olduğu müddətdə onun inkişafına verdiyi böyük töhfəyə görə xanım S.Tlevlesovaya xüsusi təşəkkürünü bildirib. O, Protokolun imzalanmasını təşkilatın nüfuzunun artırılması kimi qiymətləndirərək, 25 il ərzində APT-nın güclü regional təşkilata çevrildiyini, ixtiraçılar tərəfindən ona marağın hər il artdığını vurğulayıb və hazırda Azərbaycan Respublikasının ərazisində 1304 Avrasiya patentinin qüvvədə olduğunu, 39 Azərbaycan patentinin isə APT-də qeydiyyata alındığını diqqətə çatdırıb.

Agentliyin rəhbəri qeyd etmişdir ki, hər bir ölkə öz təkrarolunmaz simasına görə öz xalqına borcludur, millətin böyüklüyü isə ayrı-ayrı fərdlərin böyüklüyünü və ləyaqətini təşkil edən həmin keyfiyyətlərdən formalaşır. Elə bu cür də əqli mülkiyyət milli müəlliflərin və ixtiraçıların kreativliyindən yaranmışdır. Məhz unikal təbii insan resursları olaraq yaradıcılıq və yenilikçilik öz nəticələri ilə nəinki ayrı-ayrı fərdlərin nailiyyətlərini təcəssüm etdirir, onlar hər şeydən öncə milli mədəni irs və intellekt xəzinəsini zənginləşdirən yeganə mənbədir.

Onun çıxışında daha sonra vurğulanmışdır ki, ölkənin innovativ inkişaf yolu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyildir. Məhz bu səbəbdən milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovativ, islahatçı siyasəti ilə müəyyən edilir və ölkədə dəyişikliklərin həyata keçirilməsinə xidmət edir. Müasir innovativ iqtisadiyyatda innovasiya əsas istehsal amili kimi çıxış edərək resurs kimi intellektual kapitala əsaslanır və sərvət mənbəyi kimi texnoloji, intellektual və informativ rentanı təmin edir.

Çıxışının sonunda K.İmanov Avrasiya Patent Təşkilatına fəaliyyətində uğurlar arzulayıb və Protokolun imzalanmasının ortaq məqsədə - ümumilikdə əqli mülkiyyətin inkişafına, xüsusilə də üzv-dövlətlərin xalqlarının nümayəndələrinin ixtiraçılıq və yaradıcılıq fəaliyyətinə xidmət edəcəyinə əminliyini bildirib.

Qeyd etmək lazımdır ki, “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” sənaye nümunəsi üçün vahid Avrasiya patenti əsasında sənaye nümunəsinin 8 üzv ölkə ərazisində qorunması məqsədi ilə qəbul edilmişdir. Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Protokolun ümumi mətninin, həmçinin xüsusi əhəmiyyətə malik olan 3, 11 və 14-cü maddələrinin yenidən redaktəsi zamanı Azərbaycan tərəfinin rəy və təklifləri əsas götürülmüşdür. Məsələn, 3-cü maddəyə görə, Razılığa gələn dövlətlərin müvafiq səlahiyyətli dövlət orqanlarının razılığı olmadan rəsmi rəmzləri (o cümlədən dövlət rəmzlərini və nişanlarını) təkrarlayan və ya təqlid edən, mədəni (o cümlədən etnik və dini) irslə əlaqədar obyektlərin təsviri və ya onların tanınan hissələrini özündə əks etdirən, Razılığa gələn dövlətlərin maraqlarına toxunan bu cür həllərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir. 11-ci maddə isə sənaye nümunəsinə Avrasiya patentinin etibarsız hesab olunması qaydasını müəyyən edir və milli patent idarəsi tərəfindən Avrasiya patentinin etibarsız hesab edilməsi ilə bağlı müraciət edilməsi imkanı verir. 14-cü maddədə sənaye nümunələrinə Avrasiya iddia sənədinə baxılması zamanı dərc edilmiş iddia sənədinə etiraz verilməsi ilə bağlı müddəalar əksini tapmışdır.

Qeyd olunan müddəalar bizə ölkəmizin maraqlarına toxunan hər hansı sənaye nümunəsinə Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin ərazisində qorunma verilməsinə qarşı çıxmaq, eyni zamanda bu cür sənaye nümunəsini ölkəmizin ərazisində qorumamaq imkanı yaradır.

Ümumilikdə Protokol Azərbaycan xalqının mədəni irsinin hər hansı formada sənaye nümunəsi kimi mənimsənilməsinin qarşısının alınmasına şərait yaradır. Həmçinin, vahid Avrasiya patenti əsasında qorunan sənaye nümunəsinin mühafizəsi ilə bağlı rüsum və ödənişlər ölkəyə daxil olan gəlirlərin həcminin artmasında müəyyən yer tutacaq. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri vahid iddia sənədi əsasında və vahid orqana rüsum və ödənişlər etməklə 8 üzv ölkə ərazisində onlara məxsus sənaye nümunələrinin hüquqi mühafizəsinə və daha asan marketinqinə nail olacaqlar.

Protokol qüvvəyə mindikdən sonra sənaye nümunəsinə Avrasiya patenti Protokolu ratifikasiya edən və ya ona qoşulan APT-nın üzvü olan bütün dövlətlərin ərazisində qüvvədə olacaqdır. Bir neçə dövlətin ərazisində qüvvədə olan patenti artıq "vahid pəncərə" formatında almaq imkanı yaranacaq və beləliklə, sənaye nümunəsinə Avrasiya patentinin alınması üçün iddia sənədini vahid prosedur rüsumunu ödəməklə bilavasitə Avrasiya Patent İdarəsinə vermək mümkün olacaqdır. Həmçinin sənaye nümunəsi barədə Avrasiya patentinə iddia sənədi milli iddia sənədinə çevrilə bilər. Bununla, ölkəmizin əqli mülkiyyət sahibləri, işgüzar dairələrin nümayəndələri, sahibkarlar razılığa gələn dövlətlərin ərazilərində öz sənaye nümunələrinə hüquqi mühafizə əldə edəcəklər. Protokolun depozitarisi isə ÜƏMT-nın Baş direktorudur.

Qeyd etmək lazımdır ki, Diplomatik konfransın keçirildiyi günlər Azərbaycan tərəfi üçün əlamətdar hadisələrlə yadda qalmışdır. İlk dəfə olaraq “İnsan həyatının və sağlamlığının qorunması sahəsində” keçirilən ixtiraçılıq üzrə mötəbər yarışmada Azərbaycan milli patentinin müəllif kollektivi yüksək nəticə göstərərək qalib gəlmişdir. Bu qələbəyə görə mükafat Avrasiya Patent Təşkilatının qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Abbas Rzayevə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən təqdim edilmişdir.

Birinci yaş qrupu üzrə Azərbaycan məktəblilərinin əldə etdikləri nəticəni də xüsusi qeyd etmək lazımdır. Belə ki, “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələrinə görə birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin təqdim etdikləri “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi birinci yerə layiq görülmüşdür. Universiadanın mükafatı tədbirdə iştirak edən C.Əlizadəyə və onun rəhbəri, liseyin biologiya müəllimi Natalya Qurbanovaya təqdim olunmuşdur.

"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
SOCAR AVIATION Milas-Bodrum hava limanında yanacaq tədarükünü öz obyektindən həyata keçirəcək
SOCAR AVIATION Milas-Bodrum hava limanında yanacaq tədarükünü öz obyektindən həyata keçirəcək
TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı
TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı
Loading Bars
Xəbər lenti
Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb
Peru sahillərində 5,5 bal gücündə zəlzələ olub
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri ötüb
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb
Tramp "TikTok" və "WeChat"a qarşı tədbirlər haqqında fərman imzalayıb
ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb
Fransada bankda bir neçə nəfəri girov götürən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)
Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər
Moskvada koronavirusdan daha 11 nəfər ölüb
Füzulidə top mərmisi aşkarlanıb (FOTO)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefaya gedir
Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu
Cəlilabadda orta məktəbin binası yanıb
Sakit okeanda 5,4 bal gücündə zəlzələ olub
Pandemiya şəraitində Azərbaycanda sosial siyasət - “Hədəf”də TƏHLİL (FOTO)
"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar
Beyrutda partlayış baş verən limanın administrasiyasının 16 məmuru saxlanılıb
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir
İspaniyada 30 minlik şəhər təcrid edildi
Hikmət Hacıyevin EFE informasiya agentliyinə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib (FOTO)
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Azərbaycanın QDİƏT PM-dəkı nümayəndə heyəti təsdiqlənib
Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir (FOTO/VİDEO)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO/VİDEO)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya ediləcək
İki brend bir arada - BirKart Umico kartını qarşılayın!
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub (FOTO/VİDEO)
“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil
Baş Nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür
Sahil Babayev: Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)
Vüqar Rəhimzadə: Neft strategiyasının uğurla reallaşması hədəfləri gerçəkləşdirir
Mikayıl Cabbarov: Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
Avqustun 7-də dolların manata qarşı məzənnəsi
“AccessBank”da kredit şərtini özün seç!
13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə bu ay da veriləcək
Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü
Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər
AQTA Salyan və Sabirabadda monitorinq keçirdi (FOTO)
Monteneqro Azərbaycan üçün sərhədləri açır
Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir
Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla təşkil ediləcək
Sabah Milli Məclisdə 6 məsələ müzakirə ediləcək
Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın
Azərbaycan Prezidenti: İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
Prezident İlham Əliyev: Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur
Gədəbəy Kommunal Müəssisələri Kombinatı təkzib yayıb
Prezident İlham Əliyev: Müsbət dinamika indi karantin rejiminin yumşalmasına gətirib çıxarır, ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır
Azərbaycan Prezidenti: Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək
Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin
Prezident İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
AQTA daha 97 obyektdə nöqsan aşkarladı
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu (FOTO)
Bakıda parkda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib
“Qəbələ” daha bir legionerini geri aldı
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Türkiyədə 9 deputat koronavirusa yoluxub
Tovuzda dəymiş ziyanın aradan qaldırılması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Daşkəsən dəmir filizi yatağının istismara verilməsi üçün ilkin olaraq üç milyon manat ayrıldı - SƏRƏNCAM
İyulda ödənilən sosial müavinət və yardımın həcmi açıqlandı
Hansı şəxslər təhsil almadan peşə təhsili sənədi ala biləcək?
Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan edib
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları növbəti dəfə video qəbul formatında dinləyib (FOTO)
Kaspersky kiçik və orta sahibkarlığı qorumaq üçün həllər üzərində işləyən startaplar axtarmağa başlayır
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq
Koronavirusla bağlı yaradılan 814 Çağrı Mərkəzi bu müraciətləri qəbul edir
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib - Baş Prokurorluq
Bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik - Hikmət Babaoğlu
DİM: Dövlət qulluğuna imtahan verib nazir müavini vəzifəsinə yüksələn də var
Koronavirusun zəif nöqtəsi aşkar edilib
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi
Milli Məclisin bügünkü növbədənkənar iclası başa çatdı
Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır
İranda koronavirusdan ölənlərin sayı 18 minə çatır
Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 870 mini keçib
Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi
Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov
Bütün xəbərlər