...

Gələn ildən AMEA-da lisey fəaliyyət göstərə bilər

Cəmiyyət Materials 16 Sentyabr 2019 11:25 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə magistrantlarla görüşündə deyib.

Onun sözlərinə görə, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, 10-11 ci sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar gələn ildən burada lisey fəaliyyətə başlayacaq".

A.Əlizadənin sözlərinə görə, gələn il martın 27-də akademiyanın 75 yaşı tamam olacaq. Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər.

AMEA prezidenti əlavə edib ki, bu gün akademiya həm təhsil ocağı, həm də elmi müəssisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti