...

Hərbi attaşelər BDU-da olublar (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2019 19:53 (UTC +04:00)
Xarici dövlətlərin hərbi attaşelərinin Bakı Dövlət Universitetinə (BDU) tanışlıq səfəri baş tutub.
Hərbi attaşelər BDU-da olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı Dövlət Universitetinə (BDU) tanışlıq səfəri baş tutub.

BDU-dan Trend-ə verilən məlumata görə, universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.

Universitetlə tanış olan hərbi attaşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti