“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib (FOTO)

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə UNİCEF-in və Agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (Nazirlik) məsul əməkdaşları, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət, qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirdi: "Biz UNICEF olaraq hesab edirik ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyada yeniliklərə doğru irəliləmək çox vacibdir və yeni yanaşmalardan istifadə edərək zəruri xidmətlərə çıxışı artırmaq, həyat qurtaran məlumatları çatdırmaq ən öndə duran məsələlərdən biridir. Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün bir araya gələn Agentliyin, Nazirliyin və mobil operatorların tərəfdaşlığına çox şadıq”.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açıb və uşaq sağlamlığının qorunmasının Agentliyin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulayıb. O həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin ana və hamilə qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu bildirib.

Bundan sonra, SMS ismarıc paketini almış hamilə qadınların, layihə icraçılarının layihə ilə bağlı təəssüratlarından bəhs edən videofilm nümayiş olunub.

Tədbirin davamı olaraq, layihənin koordinatoru, UNİCEF-in İnnovasiya və Texnologiya üzrə mütəxəssisi Rüstəm Cabbarov layihənin ilkin mərhələsinin nəticələrini təqdim edib. O həmçinin layihənin tətbiqi ilə bağlı Mingəçevir şəhərində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyat sisteminin qurulması və göstərilən xidmətin keyfiyyətinin yoxlanılması məqsədilə icra olunan tədbirlər haqqında ətraflı məlumat verib.

İştirakçılara bildirilib ki, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr -noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilib. Sorğular nəticəsində məlum olub ki, 62 faiz sorğuçu ona göndərilmiş SMS-lərdən ən azı birini xatırlayır. SMS-lərdən sonra vərdiş və davranış dəyişikliyi 30.8 faiz təşkil edib. Hamilə qadınların ən çox xatırladıqları mövzular ana südü, keysəriyyə kəsiyi və müayinə həftələri ilə bağlı olub.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Panel sessiyada çıxış edən Rüstəm Cabbarov, Agentliyin məsul əməkdaşı Aynurə Rəşidova və Nazirliyin Rabitə sahəsinin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Zakir Qasımov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Z.Qasımov öz növbəsində bildirib ki, Nazirlik tərəfindən edilən koordinasiya nəticəsində ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərə göndərilən SMS-lərin xərclərini öz üzərilərinə götürməklə sözügedən layihəyə dəstək olublar.

Tədbirin sonunda gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağı regionlarda da sözügedən layihənin həyata keçirilməsi və bununla bağlı, aparıcı mobil operatorlar ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirəyə çıxarıldı.

Qeyd olunmalıdır ki, SMS maarifləndirmə üzrə pilot layihə UNİCEF və Agentlik arasında imzalanan Anlaşma memorandumu çərçivəsində həyata keçirilir. Layihənin ilkin mərhələsi cari ilin sonunda başa çatacaq. Layihə müddətində Mingəçevir şəhəri Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyatdan keçən və SMS almağa razılıq verən 524-dən çox hamilə qadına hamiləliyin ilkin vaxtlarında­ zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə 61 SMS -lik maarifləndirmə paketi təqdim edilib. SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzi, UNICEF və SMS xidməti üzrə ekspertlər çalışmışlar.

Layihə 2020-ci ilin aprel ayında başa çatacaq.

AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
Roman Abramoviç İsraildə ən bahalı villanı alıb
Roman Abramoviç İsraildə ən bahalı villanı alıb
Ötən ay valyuta hərraclarında satılan dolların həcmi açıqlanıb
Ötən ay valyuta hərraclarında satılan dolların həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ
Aİ pandemiyanın təsirlərinin aradan qaldırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakı sakini Gürcüstan vətəndaşını aldadıb 10 min dollarını aldı
Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçirilə bilər
Bitki dərmanından zəhərlənən qadın xəstəxanada öldü
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri
Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları (FOTO)
Belarusda yeni Baş nazir təyin olunub
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
Türkiyədən Afrikaya tibbi yardım
Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq
Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib (FOTO)
Dəniz səfirlərinin video konfransı keçirilib (FOTO)
Rusiyada daha 169 nəfər koronavirusdan ölüb
Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)
Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim
Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycan nefti bahalaşır
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər
Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi
Çində məktəblilərə hücum - 40 yaralı
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib
“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova
Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparıla bilər
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Yeni yaradılan liseylərə qəbul qaydaları açıqlandı
Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi (FOTO)
Bakı Slavyan Universiteti yaz semestrinin imtahan sessiyasına tam hazırdır
Naqif Həmzəyev: Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də (MÜSAHİBƏ)
Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb
"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirildi (FOTO)
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb
Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb
Beşinci mərtəbədə narkotik yetişdirən "Pedro" tutuldu (FOTO)
Yunanıstanda ABŞ səfirliyinə hücum edilib
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
İspaniyada ölüm səviyyəsi 24 faiz artıb
Bakı sakini taksidə qarət olundu
Sabunçuda istifadəsiz kafedə oğurluq oldu
Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI
Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu
İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi
11 vakant müəllim yeri sistemdən silinib - Murad Camalzadə
Ermənistan atəşkəsi 22 dəfə pozub
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib
Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"
Niderlandda kafenin terrasında avtomobil insanları vurub
Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar
Sabirabadda yanğın olub
Moskvada koronavirusdan 60-dan çox insan ölüb
Vaşinqtonda komendant saatı daha bir gün uzadılıb
Ağdaşda "VAZ" yanıb
Biləsuvarda zəlzələ qeydə alınıb
Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb
DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
Bakıda avtobus yanaraq kül oldu (FOTO)
Musa Quliyev: Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq
Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb
"Renault" Fransadan 5 milyard avro kredit alacaq
Dünyada koronavirusa yoluxma riskinin daha yüksək olduğu hava limanları - SİYAHI
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq
Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Azərbaycan Prezidenti: Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir
Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı var
Prezident İlham Əliyev: Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub
Azərbaycan Prezidenti: İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır
Prezident İlham Əliyev: Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır
AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
BMTM “Covid-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirib (VİDEO)
Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb
İmtahanlarla bağlı Operativ Qərargahdan AÇIQLAMA
TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir
Bütün xəbərlər