...

Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət qaydasını təsdiqləyib

Cəmiyyət Materials 27 Dekabr 2019 19:09 (UTC +04:00)
Baş Nazir Əli Əsədov “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət qaydasını təsdiqləyib

Bakı. Trend:

Baş Nazir Əli Əsədov “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Dərman vasitələrinin farmakonəzarət Qaydası” əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcək. Eyni zamanda Qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.

Qəbul olunmuş Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur.

Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verəcək, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıracaq və əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti