...

Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 31 Dekabr 2019 14:56 (UTC +04:00)
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub (FOTO)

Bakı. Trend:

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirlikdən Trend-ə verilnə məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın binasında ucaldılan büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

General-mayor N.Əliyev hospitalın tibb heyəti və orada müalicə olunan hərbi qulluqçularla görüşərək onlara Müdafiə nazirinin bayram təbriklərini çatdırıb, müalicə prosesi ilə maraqlanıb və bayram sovqatları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti