...

Bu ilin birinci Ay tutulması olub

Cəmiyyət Materials 11 Yanvar 2020 01:15 (UTC +04:00)
Tutulma hadisəsi saat 21:08-də başlayıb və 01:12-də sona çatıb
Bu ilin birinci Ay tutulması olub

Bakı. Trend:

Bu ilin 1-ci Ay tutulması olub.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayıb və 01:12-də sona çatıb.

Maksimum tutulma saat 23:11-də müşahidə edilib. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Belə ki, Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti