...

Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2020 09:20 (UTC +04:00)
Bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Lənkəran gəncləri də qoşulublar.
Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Lənkəran gəncləri də qoşulublar.

Trend-in məlumatına görə, qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti