...

Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü

Cəmiyyət Materials 31 Yanvar 2020 13:12 (UTC +04:00)
Goranboy RPŞ tərəfindən araşdırma aparılır
Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü

Bakı. Trend:
Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti