...

Naxçıvanda 3 tibb müəssisəsinə publik hüquqi şəxs statusu verilib

Cəmiyyət Materials 5 Fevral 2020 20:35 (UTC +04:00)
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Naxçıvanda 3 tibb müəssisəsinə publik hüquqi şəxs statusu verilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti