...

STEAM təliminin bağlanış mərasimi keçirilib

Cəmiyyət Materials 6 Fevral 2020 17:50 (UTC +04:00)
Bu gün “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.
STEAM təliminin bağlanış mərasimi keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ilindən etibarən Bakının 42 məktəbində tətbiq edilən STEAM layihəsi 254 sinifdə 6000-dən çox şagirdi əhatə edir.

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiqinə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Nazir müavini qeyd edib ki, layihənin tətbiqinə başlandığı gündən indiyə qədər müəllimlər həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş müəllimlərin əksəriyyəti ilə əməkdaşlığa başlanılıb və layihənin tətbiq sahəsinin genişləndirilməsi məqsədilə müxtəlif işlər görülüb, 34 həftəlik tədris proqramı yazılıb, dərslərin tədrisi üçün Azərbaycan və rus dillərində dərs vəsaitləri çap edilib.

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev məlumat verib ki, ötən ilin sentyabr-dekabr ayları ərzində Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində təşkil olunan təlimlərdə Bakının 42 məktəbindən 160 müəllim müvafiq təlimlərə cəlb olunub. Bununla yanaşı, Bakı şəhəri və Gəncə, Şirvan, Qax, Qəbələ, Sumqayıt, Lənkəran, Biləsuvar, Quba, Mingəçevir, Şamaxı, Zaqataladan olmaqla ümumilikdə 100 müəllim İsraildə, 25 müəllim isə Türkiyədə STEAM və robotiks üzrə təlimlərdə iştirak edib.
Bildirilib ki, nazirliyin təşəbbüsü ilə İsrailin ORT məktəblər şəbəkəsi ilə əməkdaşlıqda 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib.

Tədbirin sonunda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti