...

Koreyada təhsil almaq istəyənlər üçün proqram elan edildi

Cəmiyyət Materials 19 Fevral 2020 10:57 (UTC +04:00)
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Koreyada təhsil almaq istəyənlər üçün proqram elan edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunub. Proqramda iştirak etmək istəyənlər üçün son müraciət tarixi 13 mart 2020-ci il nəzərdə tutulub.

Proqramda iştirak etmək istəyənlər üçün yaş həddi qoyulub. Belə ki, proqramda təvəllüdü 1 sentyabr 1980-ci ildən sonra olanlar iştirak edə bilərlər.

Proqram çərçivəsində 6 nəfər Koreyada təhsil alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti