...

"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 2 Mart 2020 16:47 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, müvafiq işlər "ASAN xidmət" mərkəzlərində qeyri-iş saatlarında həyata keçirilib:

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir. Belə ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti