...

Səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 4 Mart 2020 17:04 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri aparıb.
Səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb (FOTO)

Bakı. Trend:

Koronavirus (Covid-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri aparıb.

Komitədən Trend-ə bildirilib ki, bununla yanaşı, vətəndaşların ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət edən mobil ofislər də əraziyə çıxmamışdan öncə dezinfeksiya ediilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti