...

"Mədəniyyət" telekanalında teledərslər başlayıb

Cəmiyyət Materials 11 Mart 2020 10:09 (UTC +04:00)
Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilən layihə səhər saat 10:00-da yayıma başlayıb.
"Mədəniyyət" telekanalında teledərslər başlayıb

Bakı. Trend:

Bu gündən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilən layihə səhər saat 10:00-da yayıma başlayıb.

Teledərslər fasilələrlə saat 16:00-a kimi davam edəcək.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Belə ki, ibtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

Dərslər mart ayının 27-dək həftəiçi hər gün yayımlanacaq.

Qeyd edək ki, yeni növ koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və preventiv tədbirlər məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti