...

Ailə TV Yasamal filialı yeni ünvanda (FOTO)

Cəmiyyət Materials 16 Mart 2020 12:30 (UTC +04:00)
Ailə TV Yasamal filialı yeni ünvanda (FOTO)

Bakı. Trend:

Bakıda və Gəncədə abunəçilərə xidmət göstərən Ailə TV kabel televiziyası və internet provayderinin Yasamal rayonundakı filialı yeni ünvana köçürülmüşdür. Bu gündən etibarən Yasamal rayonunun sakinləri, Şəfaət Mehdiyev küç. 14E ünvanında yerləşən yeni, Ailə TV-nin geniş və rahat Yasamal filialının xidmətlərindən istifadə edə biləcəklər. Yeni filial Yasamal rayonunun çox əlverişli yerində, Elmlər Akademiyası m/st yaxınlığında yerləşdiyindən abunəçilər ora gediş-gəlişdə heç-bir çətinlik yaşamayacaqlar.

Yasamal filialının yeni ünvana köçməsi və yenilənməsi münasibətilə xüsusi olaraq məhz Yasamal sakinləri üçün “Xoş Gəldin” kampaniyasına start verilmişdir. Kampaniya şərtlərinə əsasən bu ilin mart ayının sonunadək Ailə TV Kabel Televiziyası xidmətinə ilk dəfə qoşulan hər mənzilə bir aylıq abunə təmənnasız hədiyyə olunacaqdır.

Şirkət tərəfindən abunəçilərə eyni zamanda Ailə NET brendi ilə fiber-optik internet xidməti də göstərilməkdədir. Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Eyni zamanda optik internet bağlantısının yaradılması üçün telefon xəttinin olmasına da ehtiyyac yoxdur. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya aile.tv internet səhifəsinə daxil olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti