...

Gəncə avtomobil zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırıb

Cəmiyyət Materials 21 Mart 2020 23:41 (UTC +04:00)
Gəncə avtomobil zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırıb

Bakı. Trend:

Gəncə avtomobil zavodu İstehsalat Birliyi Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib.

Trend-in məlumatına görə, bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb.

Bildirilir ki, müəssisə koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə köməklik məqsədilə dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti