...

“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib

Cəmiyyət Materials 27 Mart 2020 14:36 (UTC +04:00)
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fleşmoba start verilib.
“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib

Bakı. Trend:

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fleşmoba start verilib.

Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya paylaşdıldığı andan etibarən sosial şəbəkələrdə 200-dən çox insan tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Həmçinin, Bakıdan başqa Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay, Şəki şəhərlərindən olan insanlar da fleşmoba dəstək verib.

Bildiyiniz kimi, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Koronavirusla mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunan onlayn fleşmob çərçivəsində bütün insanlar bu şəxslərə öz təşəkkürlərini bildirəcəklər.

Fleşmob çərçivəsində #birteshekkur ediləcək şəxslərə Koronavirusla rəğmən işlərinə fasilə verməyən, insanlara dəstək olan iş, peşə sahiblərinə, həkim və tibb bacıları, aeroport işçiləri, əczaçılar, mühafizəçilər, polislər, hərbiçilər, könüllülər, satıcılar, səhiyyə işçiləri və s. daxildir.

Onlayn fleşmoba qoşulmaq üçün:

  • Görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlərini yaz və ya onlara mahnı həsr et;
  • #birteshekkur və #birkonullu həştəqlərini əlavə et,
  • Ən az 3 könüllü dostunu işarələrək fleşmoba dəvət et;
  • Öz səhifəndə hamıya açıq şəkildə (public) paylaş;

#birteshekkur fleşmobuna qoşulan insanlar yuxarıda qeyd olunan görünən və görünməyən qəhrəmanlara təşəkkür edir, xoş ürək sözlərini yazır, şəkil, video paylaşır və dostlarını da qoşulmağa çağırırlar. Sizləri də fleşmoba qoşulmağa, görünən və görünməyən qəhrəmanlara #birteshekkur etməyə dəvət edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti