Bakı. Trend:
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və hazırki karantin rejimində hər-birimizin sağlamlığı üçün gecə-gündüz səylə çalışan tibb işçiləri bir aylıq təmənnasız televiziya və internet xidmətləri ilə təmin olunacaqlar.
Trend-in məlumatına görə, belə bir təşəbbüslə öz ictimai öhdəliklərinə hər zaman həssas yanaşan Ailə TV televiziya və internet xidmətləri operatoru çıxış edir.
Güzəştdən istifadə üçün aşağıdakı formanı doldurmaq kifayətdir:
bit.ly/nokorona
Güzəştin bu və ya digər dərəcədə cəmiyyətimizə faydalı olacağını düşünürük və bütün provayderləri oxşar təşəbbüslə çıxış etməyə çağırırıq.
Kampaniyadan həm mövcud həm də yeni qoşulan tibb işçiləri faydalana bilərlər.
#AileTV #AiləTV #AileNET #AiləNET #EVDEQAL #COVID19 #KoronavirusAzərbaycan #BizBirlikdəGüclüyük