...

ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir

Cəmiyyət Materials 8 Aprel 2020 16:06 (UTC +04:00)
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) fərdi müdafiə vasitələri və test sistemləri alan Avropa regiopnunun 17 ölkəsindən biridir
ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir

Bakı. Trend:

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) fərdi müdafiə vasitələri və test sistemləri alan Avropa regionunun 17 ölkəsindən biridir.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

Azərbaycan ÜST-dən ilk tədarükü fevral ayında almışdı, hazırda isə ikinci partiya ölkəyə çatdırılır.

ÜST, həmçinin Azərbaycana virusa qarşı hazırlıq səviyyəsinin dəstəklənməsi üçün mütəxəssislər qrupu göndərib:

“Beşgünlük missiya müddətində qrup müxtəlif xəstəxanalarda, laboratoriyalarda olub, insanlarda COVID-19 xəstəliyinin müəyyən olunması və müalicəsi üçün milli planı müzakirə edib. Qrup, həmçinin koronavirusa reaksiya üzrə yol xəritəsinin hazırlanması ilə bağlı ölkə rəhbərliyi ilə işləyib”.

Təşkilatdan bildiriblər ki, Azərbaycana ölkədəki və regiondakı ofislərin vasitəsi ilə, eləcə də beynəlxalq ekspertlərin və tərəfdaşların cəlb olunması yolu ilə dəstək göstərilməsi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti