...

Bakıda evdən pul və zinət əşyaları, klinikadan isə seyf oğurlayan şəxs saxlanıldı

Cəmiyyət Materials 16 Aprel 2020 18:30 (UTC +04:00)
Bakıda evdən pul və zinət əşyaları, klinikadan isə seyf oğurlayan şəxs saxlanıldı

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti