...

Gəncə avtomobil zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2020 15:18 (UTC +04:00)
Gəncə avtomobil zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına və Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq bu gün Gəncə Avtomobil Zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

Bu barədə Trend-ə birliyin mətbuat katibi Məqsəd Rəhimov məlumat verib. Onun sözlərinə görə, koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, bu xəstəlikdən əziyyət çəkən insanlara yardım məqsədilə sağlamlığı imkan verən müəssisənin əməkdaşları könüllü surətdə bu nəcib və xeyirxah aksiyaya qoşulublar:

“Gəncə avtomobil zavodu İB-i karantin dövründə fəaliyyətini davam etdirən müəssisələr siyahısındadır. Birliyin rəhbərliyi Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevanın çağırışına, Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsünə qoşularaq könüllü şəkildə talassemiyadan əziyyət çəkən vətəndaşlarımız üçün qan verilməsi təklifi irəli sürdü və demək olar ki, bütün kollektiv bu fikri dəstəklədi. Bu gündən başlayaraq karantin rejiminin qaydalarına uyğun olaraq əməkdaşlarımız hissə hissə Mərkəzi Qan Bankının Gəncə bölməsində qan vermə aksiyasınnda iştirak edəcəklər”, - deyə Məqsəd Rəhimov əlavə edib.

Mətbuat katibi onu da bildirib ki, aksiyada iştirak etmək istəyən hər bir birliyin əməkdaşı üçün əvvəlcə sağlamlıqları ilə bağlı anket doldurulur, sonra xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən kiçik fiziki müayinə, qan təzyiqi, ürək və anemiya müayinəsindən keçirilirlər. Sağlamlığı imkan verən hər kəs aksiyada könüllü qan verir:

“İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək vermək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə yönəltmək məqsədilə Gəncə avtomobil zavodu İB-nin kollektivi “Qan ver, yaşat” şüarı altında qanlarını ehtiyacı olanlar üçün verirlər. Hesab edirik ki, hamı bu humanist və xeyirxah çağırışa qoşulacaq”, - deyə Məqsəd Rəhimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti