Bakı. İlhamə İsabalayeva – Trend:
Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu, həmin ərazilərdə əhalinin karantin rejiminə əməl etməməsinin nəticəsidir: “Buna görə də əhalini karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə çağırırıq. Əgər göstəricilər arzuedilməz səviyyədə dəyişərsə, sərt və uzunmüddətli məhdudiyyətlər tətbiq edilə bilər".