...

“Həkimlərimizi tanıyın!”: Uzman ümumi cərrah Dr.Elnur Pirəliyev

Cəmiyyət Materials 4 May 2020 14:56 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!”: Uzman ümumi cərrah Dr.Elnur Pirəliyev

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə peşəsini ürəkdən sevən və xəstələrə şəfa verməkdən zövq alan uzman ümumi cərrah Dr.Elnur Pirəliyevi təqdim edirik.

Dr.Elnur Pirəliyev Mərkəzi Gömrük Hospitalında Tiroid, Paratiroid, böyrəküstü vəzi cərrahiyyəsi, tiroid düyünlərinin İİA və Tru-cut biopsiyası, paratiroid transplantasiyası, qaraciyər, öd kisəsi, mədəaltı vəzi cərrahiyyəsi, mədə-bağırsaq traktı əməliyyatları, bariatrik əməliyyatlar, qasıq, bud, ventral, insizyonel yırtıqların laparoskopik əməliyyatları, hemoroid, anal çat, perianal fistül əməliyyatlarını, qastroskopiya və kolonoskopiyanı həyata keçirir.

Dr.Elnur Pirəliyev 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2006-2007-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində 33 nömrəli şəhər Klinik Xəstəxanasında hospital cərrahiyyəsi üzrə internatura təhsili, 2014-2019-cu illərdə Türkiyənin Bezmialem Vakıf Universitetində cərrah ixtisası üzrə uzmanlıq təhsili almış və 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının məşhur Cleveland Clinic xəstəxanasında Endokrin ve Metabolozim Cərrahiyyəsi, Minimal invaziv və Robotik cərrahiyyə üzrə təhsilini davam etdirmişdir. Dr. Elnur Pirəliyev 2019-cu ilin noyabr ayından Mərkəzi Gömrük Hospitalında uzman ümumi cərrah kimi çalışır.

Dr. Elnur Pirəliyev 2015-ci ildə Türkiyənin Antalya şəhərində Beynəlxalq Travma və Təcili cərrahiyyə konfransında, 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən XIII Beynəlxalq Hepato Pankreatobiliar Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin Antalya şəhərində 21-ci Beynəlxalq Cərrahiyyə konfransında, 2019-cu ildə Türkiyənin Antalya şəhərində Kolon və Rektal Cərrahiyyə konfransında və müxtəlif elmi metodik seminarlarda iştirak etmişdir. 2019-cu ildə Turkiyə Bezmialem Universiteti Xəstəxanasının Gastroskopiya ve Kolonoskopiya diplomunu almışdır.

Türk Cərrahi Dərnəyinin və Türk Hepatopankreatobiliyar Cərrahiyyə dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elnur-pireliyev/

Dr.Elnur Pirəliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti