Vüqar Kərimov: Akvakulturanın inkişafı üçün özəl balıqartırma təsərrüfatlarının yaradılmasına başlanılıb

Vüqar Kərimov: Akvakulturanın inkişafı üçün özəl balıqartırma təsərrüfatlarının yaradılmasına başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

23 may ekoloqlar günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər nazirinin yeni təyin olunmuş müavini Vüqar Kərimov nazirlikdə aparılan islahatlar, kadr dəyişiklikləri və ekologiya sahəsində qarşıda duran hədəflər barədə Trend-in suallarını cavablandırıb.

Qeyd edək ki, V.Kərimov biologiya üzrə fəlsəfə doktorudur və bundan əvvəl nazirliyin Aparat rəhbəri vəzifəsində işləyib.

- Nazirlikdə aparılan son kadr və struktur islahatlarının mahiyyəti barədə nə demək olar?

- Prezidentin 16 yanvar 2019-cu il tarixliərmanı ilə nazirlikdə struktur islahatlarına başlanılıb. Ölkə başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi də idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə uyğunlaşmanı təmin etməkdir. Bu fərman nazirliyin bugünkü və gələcək fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir. Optimallaşma nəticəsində yaxın funksiyalı strukturların birləşdirilməsi ilə idarəetmədə çoxpilləliyin aradan qaldırılmasına nail olunacaq. Nazirlikdə indiyədək mövcud olan 6 departamentin, bir neçə institut və mərkəzin bazasında Dövlət Ekoloji Təhlükəsizlik, Meşələrin İnkişafı, Hidrometeorologiya və Biomüxtəlifliyin Qorunması xidmətləri yaradılıb.

Həmin xidmətlərin rəhbərliyinə peşəkar gənc mütəxəssislər təyinat alıb. Bundan başqa, ölkənin faydalı qazıntılarından daha səmərəli istifadə olunması, istismarın daha müasir metodlarla həyata keçirilməsinin təşkili, iqtisadi inkişafın ekologiyaya təsirlərinin minimuma endirilməsi məqsədi ilə Mineral Xammal Agentliyi, Ekoloji Ekspertiza İdarəsinin bazasında isə Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb. Bu iki qurumun publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi nəzərdə tutulub. Eyni zamanda, son iki il ərzində struktur islahatları çərçivəsində nazirliyin tabeliyindəki müəssisələrdə optimallaşdırma aparılaraq subyektlərin sayı 151-dən 53-ə qədər azaldılıb. Bununla yanaşı, 47 meşə idarəsi 16 regional mərkəzdə, 20 ətraf mühit idarəsi isə 11 mərkəzdə birləşdirilib. Birləşdirmə prosesləri Milli Hidrometeorologiya Xidmətinin yerli idarələrində də aparılır.

- Ölkədə balıqçılıq müəssisələrinin inkişafı üçün nazirlik tərəfindən hansı işlər görülür?

- Balıqartırma zavodlarının iqtisadi səmərəliliyinin artırılması və büdcədən asılılığının aradan qaldırılması məqsədi ilə vaxtilə nazirliyin tabeliyində fəaliyyət göstərmiş müəssisələrin özəlləşdirilməsinə başlanılıb. Yəni, səmərəli və qənaətcil idarəçilik üçün proseslərin bundan sonra da davamı olacaq. Nohur balıqçılığının, yəni akvakulturanın inkişafı məqsədi ilə ümumi qiymətləndirmə işləri həyata keçirilib. Təşviqetmə nəticəsində artıq bir neçə iri özəl balıqartırma təsərrüfatlarının yaradılması prosesinə başlanılıb.

- Nazirliyin qarşıdakı dövr üçün əsas hədəfləri nələrdən ibarətdir?

- Birinci hədəfimiz ölkədə yaşıllıq sahələrinin miqyasını genişləndirmək, qorumaq, meşə ilə örtülü ərazilərin həcmini artırmaq, ciddi mühafizəsini təşkil edərək ondan səmərəli istifadəyə nail olmaqdır. İkinci əsas məsələ isə gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün çevik su idarəçiliyinin tətbiqini, sudan qənaətcil istifadəni təşviq etməkdir. Digər mühüm işlər Xəzər dənizinin çirkləndirilməsinin qarşısını almaq, onun bioresurslarının davamlı inkişafını təmin etmək, təbii su hövzələrindəki balıq növlərinin qorunmasına, artırılmasına və akvakulturanın tətbiqi sayəsində balıq məhsullarının bolluğuna nail olmaqdır.

Atmosfer havasının təmizliyini bərpa edərək qorumaq, xüsusi mühafizə altında olan təbiət ərazilərinin artırılmasını, inkişafını və mühafizəsini təmin etməklə biomüxtəlifliyin qorunmasına və ekoturizmin inkişafına şərait yaratmaq, həmçinin təbiətə zərər verən plastik tullantıların azaldılmasını, düzgün idarə olunmasını və təkrar istehsalını həyata keçirmək də əsas hədəfimizdir. Demək olar ki, sadalanan bütün sahələr üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Yalnız son iki ildə, ölkə ərazisində nazirliyin tinglik sahələrində yetişdirilmiş milyonlarla müxtəlif cinsli ağac əkilib. Bakı və Abşeron yarımadasında çirklənmiş ərazilərin təmizlənməsi işləri aparılıb, keçmiş yod-brom zavodunun müxtəlif təhlükəli tullantılarla çirklənmiş 167 hektar ərazisi zərərli tullantılardan təmizlənib və 86 hektarında 70 mindən çox ağac əkilməklə yaşıllıq zonası salınıb. Digər 81 hektarda da yaşıllaşdırma işlərinə başlanılıb.

Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Loading Bars
Xəbər lenti
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
Bütün xəbərlər