“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq (FOTO)

“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü və Bakı Kitab Mərkəzinin (Baku Book Center) təşkilatçılığı ilə keçirilən “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Trend-in məlumatına görə, hazırda Münsiflər Heyəti tərəfindən müsabiqənin nəticələri təhlil edilir. Aprel ayında elan edilmiş müsabiqəyə esselərin təqdim edilməsi üçün son tarix 10 may olub. Müsabiqədə yaşı 18 və 18-dən yuxarı olan şəxslər iştirak edə biliblər. Müsabiqəyə rus və Azərbaycan dillərində 82 nəfər esse təqdim edib. Müsabiqənin 6 yer üzrə müəyyən olunan qalibləri müxtəlif məbləğdə pul vəsaitləri ilə mükafatlandırılacaqlar.

Müsabiqənin təşəbbüskarı olan E.Süleymanova bildirib ki, “Evdə qal” çağırışına əməl edən insanların bəziləri üçün evdə qaldıqları müddət darıxdırıcı olub, bəziləri isə bu müddətdə istirahət etmək imkanı əldə ediblər: “Karantinlə əlaqədar insanların kütləvi iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib. Bunu nəzərə alaraq, belə fikirləşdim ki, “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi keçirmək olar. Hər kəs evdə qalmaqla özünün yaradıcılıq potensialından istifadə edə və maraqlı yazı yaza bilər. Bu təklifimi Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızına bildirdim. Çox təşəkkür edirəm ki, təklifim belə yüksək səviyyədə gerçəkləşdirdi”.

E.Süleymanova əlavə edib ki, essedə müəllifə koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirlərini, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələrini bölüşmək təklif edilib:

"Yaradıcı insanların öz fikirlərini bölüşməyə ehtiyacları olur. Çox gözəl hal oldu ki, insanlar evdə qaldıqları vaxtdan səmərəli istifadə etdilər. Müsabiqəyə kifayət qədər çox esse təqdim edilib. Müsabiqənin mövzusu bir olsa da, yanaşmalar tamam fərqlidir. Hər müəllifin bu məsələyə öz yanaşması oldu. Kişilərin yazılarını ayrı, qadınların yazılarını ayrı təhlil etdim. Mənə belə gəlir ki, psixoloji cəhətdən qadınların düşüncəsi fərqli olur. Fikirləşirəm ki, bu müsabiqənin keçirilməsi iştirakçılar üçün çox faydalı təcrübə oldu”.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı E.Süleymanovanın təklifini çox böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

“Dünyanı lərzəyə gətirən koronavirus pandemiyası ilə əlaqədar hamımız sosial təcrid şəraitində yaşayırdıq. Həmin zaman vaxtımızın səmərəli keçirilməsi ilə bağlı ideyalar düşünürdük. Nəticə olaraq, uşaq və yeniyetmələr arasında rəsm və nağıl müsabiqəsi elan etdik. Daha sonra isə E.Süleymanovanın təklifini yeni müsabiqənin keçirilməsi ilə bağlı təklifini çox böyük məmnuniyyətlə qəbul edərək “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsini elan etdik”.

Müsabiqəyə təqdim edilən bütün esselərin çox maraqlı olduğunu vurğulayan G.Anarqızı onların arasında esse formatına uyğun olmayanların, mövzudan bir qədər kənara çıxanların da olduğunu nəzərə çatdırıb.

O qeyd edib ki, Münsiflər Heyəti bütün əsərlərlə çox diqqətlə tanış olaraq yazıları bir neçə kateqoriya - bədillik, mövzuya uyğunluq, üslub üzrə qiymətləndiriblər:

“Mənim də daxil olduğum Münsiflət Heyətinin üzvləri tanınmış ədəbiyyatçılardır. Onların arasında “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-dramaturq İlqar Fəhmi, yazıçı-tənqidçi Tofiq Məlikli var”.

G.Anarqızı deyib ki, müsabiqədə 18 yaşı olanların iştirakı tələbi qoyulsa da, 16 yaşı olanlar da iştirak üçün müraciət ediblər. Müsabiqəyə yaşı 57-dək olan müxtəılif yaş kateqoriyalı insanlar qatılıb. Müsabiqəyə təqdim edilən esselərin 47-si Azərbaycan, qalanları rus dilində olub.

Başqa müsabiqələrdə də Münsiflər Heyətində təmsil olunduğunu xatırladan “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Polis Akademiyasının tələbələrinin bu müsabiqədə çox fəal iştirak etməsini bu müsabiqənin fərqləndirici xüsusiyyəti hesab edib.

Onun sözlərinə görə, Polis Akademiyasının 50-yə yaxın tələbəsi müsabiqəyə esse təqdim edib: “Maraqlı yazılar vardı. Bu, mənim üçün bir sürpriz oldu. Adətən, eyni mövzu olanda yazılar bir-birinə oxşar olur. Bu yazıların arasından məhz tələblərə uyğun olanı seçmək Münsifət Heyətinin üzərinə düşür. Koronavirusdan sonrakı həyatla bağlı bir neçə yazıda verilən proqnozlar mənə maraqlı gəldi. Bu baxımdan o tipli yazıları yüksək qiymətləndirdim. Hesab edirəm ki, nəticələr obyektiv olacaq”.

R.Məcid qeyd edib ki, pandemiyadan sonrakı gələcək həyatla bağlı proqnozlar təqdim edilən yazıların təqribən 20 faizində var. Yazıların əksəriyyətində isə statistika və cəmiyyətdə yaranan müxtəlif şayiələrə yer verilib:

“Pandemiyanın iqtisadiyyata təsiri ilə bağlı da fikirlər var. Amma bəzi yazılarda pandemiyanın gələcək həyatımıza təsirindən danışdıqda birinci növbədə ekologiyanın təmizliyi, insanlar arasında mal-dövlətə olan hərisliyin azalması kimi maraqlı proqnozlar yer alıb”.

Münsiflər Heyətinin digər üzvü S.Babullaoğlu hazırda dünyanı narahat edən pandemiyaya həsr edilən mövzu üzrə müsabiqənin keçirilməsini çox təqdirəlayiq hal sayıb:

“Gənc nəslin bu ağrılı problemə nə qədər həssas yanaşması, problemin kökünün dərk etməsi, gələcəyə baxışı oluqca maraqlı idi. Çox sevindirici haldır ki, Polis Akademiyasının tələbələri müsabiqəyə olduqca savadlı yazılmış esselər təqdim ediblər. Bu, bizi sevindirir. Gələcəkdə savadlı polislərlə ünsiyyətdə olmaq hər birimiz üçün çox xoş olar. Mən buna görə onlara təşəkkür etmək istəyirəm. Azərbaycan dilində təqdim edilən esselərin arasında 15-ə yaxını olduqca maraqlı və savadlı, əhatəli idi”.

Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçiliq funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqanıtində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
DİN uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqalı nəzarətə götürdü
"Azəriqaz"ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb
Avropa İttifaqı ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Azad olunmuş torpaqlara səfər zamanı avtobuslarda bələdçilər olacaq - RƏSMİ
Bütün xəbərlər