...

Koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaların adları açıqlandı

Cəmiyyət Materials 18 İyun 2020 09:37 (UTC +04:00)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların adlarını açıqlayıb.
Koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaların adları açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların adlarını açıqlayıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, həmin xəstəxanalar Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay RMX, Salyan RMX, Xızı RMX, Qusar RMX, Ucar RMX, Saatlı RMX, Zərdab RMX, Gəncə Dəmiryol Xəstəxanasıdır.

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti