...

Ülvi Mehdiyev: SMS icazə qaydalarının pozulması ilə bağlı qanunvericiliyə uyğun tədbir görüləcək

Cəmiyyət Materials 20 İyun 2020 11:32 (UTC +04:00)
Ülvi Mehdiyev: SMS icazə qaydalarının pozulması ilə bağlı qanunvericiliyə uyğun tədbir görüləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bizim vətəndaşlarımızdan kiçik bir xahişimiz var ki, SMS icazə sistemindən uyğun şəkildə istifadə edək və zəruri olmayan halda SMS sistemini yükləməyək.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, əvvəlki sərt karantin rejimində SMS-lərin 60 faizi uyğun olmayan müraciətlər idi və nəticədə zəruri xidmətə ehtiyacı olan vətəndaşlara vaxtında cavab verilmirdi.

Onun sözlərinə görə, əvvəlki dövrdə gün ərzində 1 milyondan artıq SMS gəlirdi və hər bir SMS-ə cavab verilməsi üçün 15-20 saniyə vaxt tələb olunurdu.

Ü.Mehdiyev bildirib ki, SMS icazə qaydalarının pozulması karantin rejiminin pozulmasıdır və bununla bağlı qanunvericiliyə uyğun tədbir görüləcək.

O əlavə edib ki, SMS-lə bağlı problem yaranarsa, vətəndaşlar 9108 nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti