...

Sərt karantin dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur - Kamran Əliyev

Cəmiyyət Materials 20 İyun 2020 12:12 (UTC +04:00)
Sərt karantin dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur - Kamran Əliyev

Bakı. Samir Əli - Trend:

Sərt karantin dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ayrıca ictimai zolaqların olması yaxşı olar: "Amma elə küçələr var ki orada marşrut xəttinə ayrıca zolaqlar yaratmaq mümkün deyil. Elə marşrut xətti var ki, onun keçdiyi bir küçə genişdir, digər küçələr dar. Gələcəkdə avtomobil yollarının bərpasında bu məsələlər də həllini tapacaq. Sadəcə insanlar maskalardan istifadə etməlidir.

Avtobusda cəmi 30-40 faiz maskadan istifadə edir, qalan sərnişinlər yox. Düzdür bu məsələyə polis nəzarət edir. Amma polis avtobuslarda bütün gün gəzə bilməz. Sərnişinlər özləri məsuliyyətli olmalı və maskadan istifadə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti