...

DİM: Ali və orta ixtisas məktəblərinə qəbul qaydalarında hələlik dəyişiklik nəzərdə tutulmur

Cəmiyyət Materials 20 İyun 2020 13:06 (UTC +04:00)
DİM: Ali və orta ixtisas məktəblərinə qəbul qaydalarında hələlik dəyişiklik nəzərdə tutulmur

Bakı. İlhamə İsabalayeva – Trend:

Ali və orta ixtisas məktəblərinə qəbul qaydalarında hələlik dəyişiklik nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu qaydalar Nazirlər Kabineti tərəfindən artrıq təsdiq edilib: “Bundan sonra qaydalara hansısa dəyişikliyin ediləcəyini gözləmirik. Mövcud qaydalarla biz bu ilki qəbulu aparıb başa çatdıra biləcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti