...

Baş prokurorluqda yeni təyinatlar olub

Cəmiyyət Materials 30 İyun 2020 14:39 (UTC +04:00)
Baş prokurorluqda yeni təyinatlar olub

Bakı. Trend:

Baş prokurorluqda yeni təyinatlar olub.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb imzalayıb.

Əmrə əsasən, Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi təyin olunub.

Bunlardan əlavə olaraq, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası, Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Kamran Məmmədova Goranboy, Vüqar Əhmədliyə Kəlbəcər, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti