...

Həftəsonu paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq

Cəmiyyət Materials 17 İyul 2020 09:22 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti