...

Saxlanılan bələdiyyə sədri və sabiq icra nümayəndəsinin görüntüləri yayıldı (VİDEO)

Cəmiyyət Materials 30 İyul 2020 13:19 (UTC +04:00)
Saxlanılan bələdiyyə sədri və sabiq icra nümayəndəsinin görüntüləri yayıldı (VİDEO)

Bakı. Trend:

Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Başladılan cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Xəbər lenti