...

Mətbuatın 25 yaşlı "Trend"i - VİDEO

Cəmiyyət Materials 1 Sentyabr 2020 21:25 (UTC +04:00)
Mətbuatın 25 yaşlı "Trend"i - VİDEO

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 25 il ötür. Müstəqil Azərbaycanın media sektorunun ilklərindən olan Trend 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Peşəkar kollektivə malik İnformasiya Agentliyi Azərbaycan media nəhəngləri arasında ön sıralardadır.

Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin məlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərində yayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini beynəlxalq tələblərə uyğun qurub.Trend dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanın informasiya resurslarında da yayımlanır.

Bəli informasiya nəhənglərindən olan Trend ölkədən və regionda baş verən hadisələrə diqqət ayırmaqla milyonlarla oxucusuna müxtəlif sahələr üzrə opeartiv xəbərlər təqdim edir. Xəbərləri ilə dünya auditoriyasını əhatə edən İnformasiya Agentiyi 25 illik fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti