...

Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

Cəmiyyət Materials 8 Sentyabr 2020 11:42 (UTC +04:00)
Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti