...

Məktəblərdə şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək

Cəmiyyət Materials 11 Sentyabr 2020 16:40 (UTC +04:00)
Məktəblərdə şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Məktəb daxilində şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şagirdlər dərsdən sonra yenidən məktəbə gələcəklərsə, bu, yenidən təhsil müəssisələrində şagird sıxlığının yaranmasına səbəb olacaq: “Amma valideynlər uşaqlarını əlavə müəllim yanına göndərirlərsə, bu, onların öz işidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti