Bakı. İlhamə İsabalayeva – Trend:
Məktəblərdə sanitar qovşaqlarla bağlı problemlər həll edilir.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı bəzi məktrəblərdə su probleminin olduğu məlum olub: “Bu, xüsusən kənd məktəblərindədir. Bəzi kəndlərin özündə su problemi var. Nazirlik olaraq, biz həmin məktəblərə suyun daşınmasını təçkil etmişik. Bu problemlərin həlli üçün işlər görülür və görüləcək”