Bakı. Trend:
Bakcell mütəmadi olaraq öz şəbəkəsinin monitorinqini həyata keçirir.
Bu haqda Bakcell-dən şəbəkənin yüklənməsinin qarşısını almaq barədə məsələni Trend-ə şərh edərkən deyilib.
- Mobil telefonlarda internet trafikin artması bəzi hallarda şəbəkələrin yüklənməsinə səbəb olur. Bunun aradan qaldırılması üçün şəbəkələrin modernləşməsi nəzərdə tutulurmu?
- Bakcell tərəfindən müntəzəm qaydada bütün şəbəkə üzrə monitorinq işləri aparılır və hər hansı bir stansiyada həddən artıq yüklənmə müşahidə olunan zaman şirkətin müvafiq şöbələri tərəfindən təhlillər aparılaraq, aidiyyəti üzrə müvafiq lisenziyalar əlavə edilir, siqnalın gücü, daşıyıcıların sayı artırılır və ehtiyac yaranarsa fiziki olaraq da radio və sistem modullar əlavə edilir.
- Yeni tədris ilində təhsilin distant olması ehtimal edilir. Belə olacağı təqdirdə BAKCELL olaraq bölgələrdə şəbəkələrin modernləşdirilməsini planlayırmə və ümumiyyətlə buna nə dərəcədə ehtiyac var?
- Keçən tədris ilinin bir hissəsinin pandemiyaya görə distant keçirildiyi üçün bizim bu prosesdə artıq müvafiq təcrübəmiz mövcuddur. Buna görə də, cari vəziyyətə uyğun olaraq bütün sahələrimiz xüsusi nəzarət altında saxlanılır və statistik məlumatlara əsasən lazımlı tədbirlər (şəbəkənin optimallaşdırılması və s) dərhal həyata keçirilir. Əlavə olaraq qeyd etmək istərdik ki, növbəti il üçün də yeni baza stansiyaların qurulması planlaşdırılır.
- BAKCELL şirkəti tədris ilinin başlanması ilə tələbə və müəllimlər üçün əlverişli paketlər təklif ediləcəkmi? Regionlarda yeni paketlər təklif olunacağmı ?
Sualınıza cavab olaraq bildiririk ki, Bakcell şirkətinin təqdim olunan bütün tarif və təklifləri bazar tələbləri, müştərilərin ehtiyac və təklifləri, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və üstün müştəri təcrübəsinin təmin edilməsi üçün tələb olunan istehsal xərcləri nəzərə alınmaqla formalaşır. Hazırda Bakcell bütün müştəri seqmentlərinə uyğun olan müxtəlif həcmdə internet paketləri təklif edir. Yəni hər bir müştəri öz büdcəsi və ehtiyacına uyğun olaraq özünə müvafiq səfrəli internet paketi seçmək imkanına malikdir.
Keçən il, Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib. Bu paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət imkanına malikdirlər.
Pandemiya müddətində əksər insanların i evdə işlədiyi üçün onların daha böyük həcmli mobil internet paketlərinə olan tələbatı artdı. Buna görə də müştərilər “Bakcell”-in yüksək həcmli 20 və 50 GB internet paketlərindən istifadəyə üstünlük veriblər. “20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini cəmi 25 manata əldə edən Bakcell abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək tamamilə LİMİTSİZ internetdən yararlananırlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsizdir. Həmçinin, abunəçilərin daha iri həcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti cəmi 30 manata yeni 50 GB İnternet paketini təqdim edir. Bu təklif sayəsində Bakcell öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır.
Bundan əlavə, Bakcell şirkəti böyük məmnuniyyətlə ENGINET şirkəti və tərəfdaşlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Virtual təhsilə dəstək” layihəsinə rəsmi mobil tərəfdaş qismində qoşuldu. Bu layihə çərçivəsində Bakcell tərəfindən müəllimlər üçün təqdim olunan təklif və güzəştlər barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.
- Postpandemiya dövründə həcmli internet trafika olan təlabatın azalması şirkətin gəlirlərinə təsir göstəriləcəkmi?
- Operator tərəfindən "safety" internet paketlərinin tətbiq edilməsi gözlənilirmi?
Qeyd edək ki, Bakcell tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər. “Təhlükəsiz İnternet” paketi haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.