...

Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2020 11:58 (UTC +04:00)
Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək

Bakı. Trend:

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 4 noyabr 2020-ci il tarixində videoformatda növbəti ictimai dinləmə keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə ediləcək, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul olunması üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti