...

Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi ən tez gələn ilin aprelinə mümkün ola bilər - Yaqut Qarayeva

Cəmiyyət Materials 19 Noyabr 2020 14:27 (UTC +04:00)
Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi ən tez gələn ilin aprelinə mümkün ola bilər - Yaqut Qarayeva

Bakı. Samir Əli - Trend:

Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi yaxın vaxtlara gözlənilmir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun tətbiqi hələ mümkün deyil: "Peyvəndin tətbiqi ən tez gələn ilin aprel ayına mümkün ola bilər. Ona görə də bu qışı karantində keçirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti