...

Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2020 18:48 (UTC +04:00)
Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Yeni növ koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq Gəncədə qabaqlayıcı və maarifləndirici tədbirlər davam edir. İnfeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə YAP Gəncə şəhər təşkilatının könüllüləri xüsusi aksiya keçiriblər.

Trend-in məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş aksiya çərçivəsində gənclər əhalinin daha çox toplaşdığı yerlərdə olub, mərkəzi küçələrdə, əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara tibbi maskalar paylayıblar.

Həmçinin, vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək özlərinin, yaxınlarının sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti